Xəbər lenti

Lətif Zeynallıya dövlət qurumunda vəzifə verildi
Ölkə15:25 07.07.2025

Lətif Zeynallıya dövlət qurumunda vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində yeni təyinat olub.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, Lətif Zeynallı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
O, bu vəzifəsinə qədər, 2024-cü ilin oktyabr ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi olaraq çalışıb. Bundan başqa, 2013-2024-cü illərdə "Xalq Sığorta” ASC-nin "Satış”, "Əməliyyat və Təkrarsığorta”  və "Biznesin inkişafı” idarələrində müxtəlif vəzifələrdə çalışıb.
Azərbaycan, ingilis və türk dillərini bilir.