
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın bacısı Arzu Əliyeva haqqında söylədiyi fikirlər sosial şəbəkələrdə onu sevənləri təəccübləndirib.
Gecce.az xəbər verir ki, bacısı Arzunu "sehirli çubuq" adlandıran Leyla onun haqqında bunları yazıb :
“Mən bacıma və qardaşıma çox bağlıyam.Hətta deyə bilərəm ki, Arzu mənim hər şeyimdir. Bizim qədər bir-birinə yaxın olan bacılar tanımıram. Arzu həmişə köməyə çatmağa, özünü və vaxtını yaxınlarına fəda etməyə hazırdır. Ailə içində biz onu “sehirli çubuq” adlandırırıq,həm də mənim “sehirli çubuğum”dur”.

