Xəbər lenti

Leyla Əliyeva əl işini hərraca çıxardı - FOTOLAR
Ölkə13:12 22.04.2014

Leyla Əliyeva əl işini hərraca çıxardı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Leyla xanım əl işlərinin rəsmlərini şəxsi İnstagram səhifəsində yerləşdirib

Azərbaycan prezidenti İlham Əliyevin böyük qızı, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva əl işlərini bütün dünyaya nümayiş etdirmək qərarına gəlib.

ANS PRESS-in məlumatına görə, şeir yazmağı, rəsm çəkməyi hədsiz dərəcədə sevən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanımın əl işləri “paddle8”də online hərraca çıxarılıb. “Faberge” zərgərlik evi tərəfindən Nyu-Yorkda Rokfeller Mərkəzində baş tutan xeyriyyə aksiyası The Unbreakable Happiness adlanır. Leyla xanımın əl işi aprel ayının 26-ı saat 15:00-a qədər hərracda yer alacaq. Üzərində maraqlı naxıçları daşayan "yumurta"ın qiyməti nə az nə çox düz 2.000 dollar təşkil edir.

Hərracda Leyla Əliyeva ilə yanaşı dünyanın bir neçə ölkəsindən olan rəssamlar da iştirak edirlər. Onların sırasında Faiq Ahmed, Mark Gonzalesin də adı var.

Qeyd edək ki, Leyla xanım əl işlərinin rəsmlərini şəxsi İnstagram səhifəsində yerləşdirib.

Qaynar.info