Xəbər lenti

Leyla Əliyeva Münhen Təhlükəsizlik Konfransında - FOTO
Ölkə05:41 18.02.2017

Leyla Əliyeva Münhen Təhlükəsizlik Konfransında - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 17-də 53-cü Münhen Təhlükəsizlik Konfransının açılış sessiyası olub.
Qaynarinfo.Az Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış sessiyasında aparılan müzakirələrin gedişini izləyib.
Münhen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin təşəbbüsü ilə keçirilən tədbirdə təxminən 500-dən çox nümayəndə - dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, iş adamları və elm xadimləri beynəlxalq təhlükəsizliyi təhdid edən böhranlar, onların həlli yolları və gələcək çağırışlara dair müzakirələr aparıblar.
Qaynarinfo.Az