Xəbər lenti

Leyla Əliyeva oxucularına müraciət etdi
Ölkə08:16 31.01.2014

Leyla Əliyeva oxucularına müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bir ildən başqa bir ilə qədəm qoymaq bir çox xoş hiss və duyğularla müşayiət olunur. Burada həm Yeni il yolkasının könülaçan ətri, hədiyyələrin büküldüyü kağızların xəfif xışıltısı, bayram yeməklərinin ləziz dadı, sənə yaxın adamların göz oxşayan bərbəzəyi və əlbəttə ki, musiqi vardır. Doğma olan “V lesu rodilas yoloçka” mahnısından tutmuş, ildə bir dəfə hər bir evdə səslənən ötən illərin çoxsaylı hit mahnılarınadək”. 

Qaynar.info AzərTac-a istinadən xəbər verir ki, bu sözləri Leyla Əliyeva “Baku” jurnalının  redaktor səhifəsində yazıb.

Ənənəyə görə, “Baku” jurnalının builki birinci nömrəsi jurnalın baş redaktoru Leyla xanım Əliyevanın öz oxucularına “Gözəl əhval-ruhiyyə” başlıqlı  müraciəti ilə  başlayır. Leyla Əliyeva  bakılıların Yeni il  ovqatından, Bakının musiqi ənənələrindən söz açaraq bu dəfə də Azərbaycanın paytaxtını  təkrar-təkrar  öz oxucularına sevdirir. Şəhərimizin musiqi mədəniyyətinin özünəməxsusluğundan danışan Leyla Əliyeva yazır: “....Mən bir daha əmin oluram ki, Bakı hər sahədə, o cümlədən musiqi mədəniyyətində  bənzərsizliyini  qoruyub saxlaya bilib. Yola saldığımız ildə burada çoxlu sayda yaxşı musiqi səslənib:  Beynəlxalq Muğam Festivalının iştirakçılarını və “Gelikon opera”nın solistlərini dinləmək, caz korifeylərinin çıxışlarından zövq almaq, Qəbələ festivalının  konsertlərində olmaq, Qara Qarayevin və Müslüm Maqomayevin xatirə gecələrində  onların zəngin irsini  yada salmaq  mümkün olub”.  

Baş redaktor ilk növbədə muğam və aşıq musiqimizin Avropa musiqisi ilə sintezinə nail olan “Üzeyir Hacıbəyli dühasını” xatırlayır.  Məqalədə deyilir: “Onun  Azərbaycanın musiqi mədəniyyətinə  təsiri o dərəcədə güclü olub ki, o  Şərq ilə Qərbin bu sintezini  hətta  milli səviyyədə möhkəmləndirə bilib. Məhz Ü.Hacıbəylinin sayəsində tar və skripka, kamança və violonçel, ud və fortepiano füsunkar dialoqa girib, böyük müğənni Bülbül həm opera ariyalarını, həm də muğamları  ifa edib. 

Bəstəkar musiqi təhsili sahəsində də  ənənə və novatorluğun  harmonik vəhdətinin bünövrəsini  qoyub. Məhz belə bir təhsil hazırda  bakılılara istər Berlin operasının səhnəsində, istərsə də “Eurovision” mahnı müsabiqəsində parlamaq imkanı verir”.

Leyla xanım yazır ki, “bakılıların musiqi mədəniyyətinin formalaşmasına çoxlu sayda fenomen təsir göstərmişdir. Bunun sayəsində onlar ən müxtəlif musiqidən gözəl miks yarada bilirlər. Bakı yeni 2014-cü ilə məhz bu cür yüksək əhval-ruhiyyədə, gözəl dostların əhatəsində  və sevimli musiqi hitlərinin sədaları altında qədəm qoyur.    

Qaynar.info