Bu gün Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın ad günüdür.
Qaynarinfo xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi İnstaqram hesabında video paylaşaraq bacısını doğum günü münasibətilə təbrik edib.
"Arzunu ad günü münasibəti ilə təbrik edirəm! Çox sevirəm! Allah hamıya can sağlığı, xoşbəxtlik və bol-bol sevgi bəxş etsin!" deyə L.Əliyevanın təbrik mesajında qeyd olunub.
Qeyd edək ki, videoda Arzu Əliyevanın həyatının müxtəlif illərinə aid fotolar yer alıb.
<iframe width="560" height="315" src="//ok.ru/videoembed/2491233208939" frameborder="0" allow="autoplay" allowfullscreen="">