Xəbər lenti

Leyla Əliyevanın təşəbbüsü ilə Yeni il aksiyası keçirilib
Ölkə19:00 07.01.2020

Leyla Əliyevanın təşəbbüsü ilə Yeni il aksiyası keçirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri (RAGB) Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada, Qorki adına parkda uşaqlar üçün "AMORKIDS" adlı ənənəvi Yeni il aksiyası təşkil edilib.
Qaynarinfo xəbər verir ki, parka gələnləri Şaxta Baba qarşılayıb. O, qonaqlara əsl Yeni il şənliyi təşkil edib və onlara hədiyyələr bağışlayıb. Uşaqlar sevinc hissi ilə müsabiqələrdə və oyunlarda iştirak ediblər, çalıb oynayıblar, mahnı və şeir oxuyublar, tapmacalara cavab tapıblar və dövrə vurublar.