
Həbsdən azad edildikdən sonra Avropaya gedən Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus Avropa Parlamentinin prezidenti Martin Şultzla görüşüb.
"Qaynarinfo.Az" xəbər verir ki, bu barədə keçmiş vicdan məhbuslarının qızı Dinara Yunus məlumat verib.
O, həmçinin, valideyinləri ilə Avropa Parlamentinin prezidentinin birgə fotosunu paylaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus 8 il 6 ay, A.Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb. Noyabrın 12-də A.Yunus barəsində həbs qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Dekabr ayının 9-da isə L.Yunus barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb. Həmin məhkəmə qərarından narazı qalan L.Yunus və A.Yunus kassasiya şikayəti verib. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər.
Bu il aprel ayında L.Yunus və A.Yunus Azərbaycanı tərk edərək, Hollandiyada gediblər. Onlar hazırda həmin ölkədə müalicə alırlar.
Qaynarinfo.az