Xəbər lenti

Leyla Yunusdan xəbər var
Ölkə08:19 09.07.2015

Leyla Yunusdan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Artıq ikinci gündür ki, Leyla Yunusun saxlandığı kamerada 50 dərəcəyə yaxın dözülməz isti var. 

Ombudsmanın bağışladığı ventilyator xarab olub. Ventilyatorun dəyişdirilməsi ilə bağlı səylərimiz və xahişlərimiz nəticə vermir. Bu barədə vəkil Elçin Qəmbərov məlumta verib.

Onun sözlərinə görə, L.Yunus bunu məhkəmədən öncə özünə qarşı fiziki və psixoloji təzyiq hesab edir. Onun və digər kamera yoldaşlarının durumu açınacaqlıdır:"Qanun bir yana qalsın, yaşlı, xəstə adama qarşı elementar insani mərhəmət olmalıdır. Əgər yerli cəza müəssisələrindəki “avrostandartlar” yayda kameraların isti, qışda soyuq olmasını nəzərdə tutursa bunun adı işğəncədir".

Azərbaycanda tanınmış hüquq müdafiəçisi olan Leyla Yunus dövlətə xəyanət və iqtisadi cinayətlərdə ittiham olunur. Onun həyat yoldaşı, tanınmış politoloq Arif Yunus isə dövlətə xəyanət və dələduzluqda təqsirli bilinir. Amma özləri və tərəfdarları bu ittihamları rədd edirlər.

Keçən ay istintaq onların işindəki dövlətə xəyanət maddəsini ayrıca icraata götürüb.

Beynəlxalq hüquq müdafiə təşkilatları Arif və Leyla Yunusların həbsini siyasi sifariş hesab edir, onları vicdan məhbusu sayır.

Qaynar.info