Bu gün səhər saatlarında hüquq müdafiəçisi Leyla Yunusla evlərindəki polis əməkdaşları arasında qarşıdurma yaranıb.
Qaynar.info-nun Obyektiv TV-nin hazırladığı videosüjetə əsasən xəbər verir ki, Leyla xanım onu nəzarətdə saxlayan polislərin ona qarşı mənəvi zorakılıq etdiyini bildirir.
Onun sözlərinə görə, qarnı ağrıdığını bildirsə də polislər onu tualetə buraxmaylıblar. Uzun təkidlərdən sonra onu tualetə buraxsalar da, kişi polislərdən biri də onunla birlikdə ora girib. "Mənə nə çağırış vərəqəsi veriblər, nə də niyə saxlandığımı izah edirlər. Ərimi isə infark həddinə çatdırdılar" - deyə Leyla Yunus bildirib.
Həmin videogörüntüləri təqdim edirik:
Qaynar.info