Xəbər lenti

Leysan yağışları başlayır - Diqqətli olun
Ölkə09:25 11.05.2015

Leysan yağışları başlayır - Diqqətli olun

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 15-i gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, mayın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13˚, gündüz 18-23˚ isti olacaq.
Mayın 12-də Azərbaycanın bölgələrində şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən gecə və axşam saatlarında bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimal edilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 10-15˚, gündüz 21-26˚, dağlıq ərazilərdə gecə 2-7˚, gündüz 8-13˚ isti olacaq.
Qaynar.info