Xəbər lenti

“Ləzgi məscidi"nin axundu DİN-in əməliyyatından danışdı
Ölkə11:47 20.06.2014

“Ləzgi məscidi"nin axundu DİN-in əməliyyatından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verildiyi kimi, bu gün günorta radələrində İçərişəhərdə yerləşən “Ləzgi məscidi” kimi tanınan Aşurbəy məscidinin qarşısında təhlükəsizlik orqanlarının əməkdaşları əməliyyatlar keçirib.

 Məscidin axundu Faiq Mustafa Hafta.az-a açıqlamasında hazırkı vəziyyət haqda məlumat verib:  “Məsciddə əməliyyat keçirir, dindarlar üçün problem yaradırlar. Polislərə göstəriş verilib ki, camaat çöldə namaz qılmasın. Mən də bununla razıyam. Amma mənim camaatım üçün yer olsun ki, küçədə namaz qılmasınlar. İş ondadır ki, şərait yoxdur. Səhər saat 10-dan kordon qoyub məscidə girişi bağlayırlar. Tən yarısı tək olan məsciddə cümə namazı qılmağa məcbur qalmışıq. Məscid yarısına kimi boşdur, amma yenə də içəriyə adam buraxmırlar”. 

İcma sədri iddia edir ki, ərazidəki polis əməkdaşları yuxarı instansiyalardan verilən əmri düzgün yerinə yetirmir: “Bunlara tapşırılan kimi davranmırlar. Polislərə deyilib ki, məscid dolandan sonra giriş qadağan edilsin. Mən də deyirəm ki, yoldaş rəis, məscid dolanda bağlayarsız. Amma səhər tezdən gəlib kardonu qoyurlar, heç kimi məscidə buraxmırlar. Məscidin içində isə heç bir əməliyyat aparılmır. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları yoxdur. Bir nəfər nəzarətçi var, arada gəlib vəziyyəti soruşub gedir, işlərə qarışmır. Daxili İşlər Nazirliyinin əməkdaşları ərazidədir”. 

F.Mustafa məsələ ilə bağlı müvafiq dövlət strukturlarına müraciət etdiklərini deyib: “Seçim bir dənədir: insanlar ya Allahın yolunu getməli, ya da pis yola düşüb, axmaq-axmaq işlərlə məşğul olmalıdırlar. Camaat Allahın yolunu seçir. Ona da süni problemlər var. Qarşıdan Ramazan ayı gəlir. Bu davam etsə, biz orucluğu keçirə bilməyəcəyik. Bunu həll etmək lazımdır. Dini Komitəyə də müraciət etmişik”.

Qaynar.info