
Lider TV-dən getdiyi deyilən aparıcı: Məzuniyyətdəyəm
“Mən hazırda məzuniyyətdəyəm. Buna baxmayaraq, işə gəlmişəm. Yəni işdəyəm.Bilmirəm bu xəbərləri yaymaq kimə lazımdır, amma hər şey ola bilər. Əgər gedəcəmsə, bu, avqustdan sonra ola bilər. Çünki avqustun sonuna qədər məzuniyyətdəyəm”.
Bu sözləri Lamiyə Ələkbərova Lider TV ilə yollarını ayırması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.
“Mən hazırda məzuniyyətdəyəm. Buna baxmayaraq, işə gəlmişəm. Yəni işdəyəm. Bilmirəm bu xəbərləri yaymaq kimə lazımdır, amma hər şey ola bilər. Əgər gedəcəmsə, bu, avqustdan sonra ola bilər. Çünki avqustun sonuna qədər məzuniyyətdəyəm”.
Bu sözləri Lamiyə Ələkbərova Lider TV ilə yollarını ayırması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.
"Qaynarinfo" xəbər verir ki, tanınmış aparıcı oxu.az-a açıqlamasında, xəbərin doğru olmadığını bildirib.
L.Ələkbərova Lider TV-də illərdir yayımlanan “Həyat tərzi” proqramının aparıcısı olmaqla yanaşı, direktor müavinidir.
Qeyd edək ki, axşam.az saytı aparıcının artıq istefa ərizəsini rəhbərliyə təqdim etdiyini yazıb.
****
Aparıcı Lamiyyə Ələkbərqızının uzun illərdir çalışdığı “Lider” telekanalı ilə yollarını ayırdığı xəbəri yayılıb.
"Qaynarinfo" xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, sözügedən telekanalda həm də direktor müavini kimi fəaliyyət göstərən aparıcı artıq ərizəsini də yazıb.
Aparıcı ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb. Onun hazırda məzuniyyətdə olduğunu deyilir. Bəzi mənbələr isə L.Ələkbərqızının çəkilişlərdə olduğunu söyləyib.
Qeyd edək ki, telekanalın rəhbəri Ədalət Əliyev sosial şəbəkədə etdiyi paylaşımla hər kəsi təəccübləndirib. O, İnstaqramda “Lider” telekanalı adından açılan saxta profillərə qarşı mübarizə apardıqlarını vurğulayıb. Ə.Əliyev rəsmi İnstaqram səhifələrini paylaşaraq “Saxta profillərə abunə olmayın. Onlara qarşı istintaq işi açılıb" sözlərini yazıb.
Xatırladaq ki, L.Ələkbərqızı əvvəl AzTV-də fəaliyyət göstərib. 11 ildir "Lider" telekanalında çalışır.
Qaynarinfo.Az
