
Liviyadan İtaliyaya doğru hərəkət edən qaçqın gəmisi Siciliya yaxınlığında batıb. Hadisə zamanı 40 nəfər ölüb.
Avropa Birliyinə üzv ölkələrin dəniz sərhədlərini qoruyan agentliyinin (FRONTEX) “Triton” adlı əməliyyatı çərçivəsində vəzifə yerinə yetirən Almaniya donanmasına aid “Holstein” gəmisi dünən səhər Siciliya yaxınlığında qurtarılan 283 mühaciri xilas edib.
İtalyanın Augusta şəhərinə çatdırılan bəzi mühacirlər qeyri-hökumət təşkilatı olan "Save the Children" rəsmilərinə verdiyi məlumatda bildiriblər ki, onların mindiyi gəmidə 120 nəfər olub və onların 40-a yaxını suda boğularaq ölüb.
Sözü gedən gəminin naməlum səbəbdən batdığı, ölənlərin çoxunun qadın və uşaq olduğu bildirilib.
"Save The Children" təşkilatının sözcüsü Covanna Di Benedetti hadisəylə bağlı məlumat verib: "Bura gətirilən bir çox qaçqınla danışdıq. İddialar doğrudur. Qarşımda bir gənc bu an göz yaşları içində qardaşının dənizdə öldüyünü söyləyir. Ölənlərin hamısı Şimali Afrikadandır". //musavat.com
Qaynar.info