Xəbər lenti

Ölkə başçısı Ağa-Bala Hacıyevə fərdi təqaüd təyin etdi
Ölkə12:55 05.12.2018

Ölkə başçısı Ağa-Bala Hacıyevə fərdi təqaüd təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Ağa-Bala Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Qaynarinfo-nun xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağa-Bala Şamxal oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, A.Hacıyev 2003-cü ilin sentyabrından 2018-ci ilin dekabr ayına qədər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.