Prezident İlham Əliyev Banqladeş Prezidentinə təbrik məktubu ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,
Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Banqladeş xalqına sülh və tərəqqi diləyirəm".