Xəbər lenti

Ölkədə kənd təsərrüfatı bitkiləri peyklə monitorinq olunacaq
Ölkə16:37 03.11.2017

Ölkədə kənd təsərrüfatı bitkiləri peyklə monitorinq olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı bitkilərinin monitorinqi üçün "AzerSky” aşağıorbitli peykin xidmətlərindən yararlanmağa davam edəcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə nazirlik aparatının rəhbəri İlham Bayramov deyib.
O qeyd edib ki, nazirlik artıq dörd pilot rayonda bu cür tədqiqatlar aparıb: "Gələn il bütün ölkə ərazisində monitorinqləri keçirmək niyyətindəyik”.
Qeyd edək ki, Azərbaycanın "AzerSky” aşağıorbitli peykindən əldə edilən görüntülər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən "Torpaq sahələrinin eyniləşdirilməsi sistemi” layihəsi çərçivəsində istifadə olunur.
Qaynarinfo.Az