Xəbər lenti

Ölkədə neçə min qadın sürücü var?
Ölkə07:35 12.09.2014

Ölkədə neçə min qadın sürücü var?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda qadın sürücülərin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, 2014-cü ilin sentyabr ayına qədər ölkə ərazisində 2 milyon nəfər sürücülük vəsiqəsi alıb.

Bunlardan 40 mini qadın sürücüdür. Sürücülük vəsiqəsi alan qadınların 35 min nəfəri nəqliyyat vasitəsi idarə edir. Sürücülük vəsiqəsi alan qadınların 80%-i Bakıda, 8.5%-i Sumqayıtda, 1%- Gəncədə, qalanları isə digər rayonlarda qeydiyyatdadır.

Ümumilikdə sürücülük vəsiqəsi alanların 65 %-i paytaxt ərazisində qeydiyyatdadır.

Qaynar.info