Xəbər lenti

Ölkədə yol qəzaları ilə bağlı statistika açıqlandı
Ölkə16:35 01.11.2018

Ölkədə yol qəzaları ilə bağlı statistika açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün respublika ərazisində 10 yol nəqliyyat hadisəsi baş verib
Oktyabrın 31-də respublika ərazisində 10 yol nəqliyyat hadisəsi baş verib, iki nəfər dünyasını dəyişib, 16 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, paytaxtda ötən gün 2 yol-nəqliyyat hadisəsi baş verib: "Qaradağ rayonunda piyadanın ölümü ilə nəticələnən hadisə baş verib. "Daewoo” markalı avtomobil piyadanı vurub. Piyada dünyasını dəyişib. Digər yol-nəqliyyat hadisəsi isə Nəsimi rayonu, 28 May küçəsində baş verib. "Daewoo” markalı avtomobilin "İsuzu” markalı avtomobil ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb”.