Xəbər lenti

Ölkədən 800 min dollar çıxartmaq istədilər
Ölkə09:19 13.10.2016

Ölkədən 800 min dollar çıxartmaq istədilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycandan Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi “Mercedes E Class” markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib

Bu barədə Qaynarinfo.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 min dollar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qaynarinfo.Az