
Gəncə şəhəri, Zərdab, Qazax və Daşkəsən rayonlarının qaz təchizatında məhdudiyyətlər yaranıb.
Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, bu gün 30 may tarixdə saat 09:00-dan 20:00-dək “Gəncə” Qazpaylayıcı Stansiyasından qidalanan “Avtozavod” orta təzyiqli qaz kəmərində, 10:00-dan 18:00-dək “Daşkəsən”, “Əskipara-I”, “Əskipara-II”, “Semzavod” Avtomatik Qazpaylayıcı Stansiyalarından, saat 11:00-dan 18:00-dək isə “Zərdab” Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Zərdab, Daşkəsən rayonlarının bütün yaşayış məntəqələrinə Gəncə şəhərinin və Qazax rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Qaynar.info