Xəbər lenti

Ölkənin bu ərazilərində qaz olmayacaq
Ölkə05:25 24.10.2019

Ölkənin bu ərazilərində qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oktyabrın 24-də səhər saat 09:00-dan etibarən "Qaz İxrac” İdarəsi "Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 45-ci km-də aşkar olunmuş qaz sızmasının ləğvi işlərini həyata keçirəcək.
"Azəriqaz” İB-dən Qaynarinfo-ya verilən məlumata görə, bu zaman Sumqayıt şəhərində məcburi köçkünlər üçün inşa olunmuş yaşayış qəsəbəsində qaz təminatında fasilələr olacaq. Bundan başqa bir sıra yenidənqurma işlərinin icrası ilə bağlı Qazax rayonunun bir neçə yaşayış məntəqəsində də gün ərzində qaz təchizatında müvəqqəti dayandırmalar gözlənilir.