
“Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi yüksək səviyyədə həyata keçirilir”.
AzVision.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında deyib.
MSK sədri bu il ölkə üzrə ən yaşlı seçicinin adını açıqlayıb. Bildirib ki, ölkənin ən yaşlı seçicisi 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsində yaşayan 1890-cı ildə anadan olmuş Lena Abbasovadır.
Həmçinin MSK sədri qeyd edib ki, ölkədə hazırda yaşı 100-dən yuxarı olan 538 seçici var.
Qaynarinfo.az