Xəbər lenti

Ölkəyə gətirilən maşınlarla bağlı Gömrük Komitəsindən açıqlama
Ölkə05:12 21.04.2020

Ölkəyə gətirilən maşınlarla bağlı Gömrük Komitəsindən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martda Azərbaycana idxal edilən avtomobillərin sayı 3945 ədəd, dəyəri isə 46 milyon 742 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 2-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 3700-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 231-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 12-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.