Xəbər lenti

Ölmüş adama seçki bildirişi gəlib? - YENİLƏNİB- FOTO
Ölkə14:40 08.10.2013

Ölmüş adama seçki bildirişi gəlib? - YENİLƏNİB- FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah keçiriləcək prezident seçkiləri ilə bağlı Zərdab rayonunda qəribə hadisə yaşanıb. 

Belə ki, 92 saylı Zərdab-Ucar Dairə Seçki Komissiyası (DSK) tərəfindən 3 il əvvəl dünyasını dəyişmiş şəxsin adına bildiriş göndərilib. Mia.az-a daxil olan məlumata görə, DSK-dan rayonun B. Allahverdiyev küçəsi ev 14-də qeydiyyatda olmuş, 3 il əvvəl dünyasını dəyişmiş Səlim Kərim oğlu Kərimovun adına bildiriş yazılıb. Bildirişdə ölmüş şəxsə “səsverməyə gələrkən şəxsiyyət vəsiqənizi və ya onu əvəz edən sənədi özünüzlə götürməyi unutmayın” ifadəsi yazılıb.

***

Adıçəkilən DSK-dan “Qafqazinfo”ya daxil olan məlumata görə, araşdırma zamanı aydın olub ki, həmin məlumat bir sıra insanlar tərəfindən qərəzli və məqsədli şəkildə yayılıb, heç bir hüquqi əsası yoxdur: “Belə ki, Kərimov Səlim Kərim oğlunun seçici siyahısında adının qarşısında “vəfat etmişdir” qeydi aparılıb. Həmin şəxsin ünvanına göndərilən bildirişin seçki komissiyasına aidiyyəti yoxdur” .


Qaynar.info