Xəbər lenti

London Breksitə görə ayağa qalxdı
Ölkə18:01 02.07.2016

London Breksitə görə ayağa qalxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin paytaxtı Londonda minlərlə insan Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına etiraz əlaməti olaraq yürüş keçirib.

Axar.az xəbər verir ki, müxtəlif yaş təbəqələrindən olan etirazçılar şəhərin Hayd Park ərazisində toplaşıblar.

Nümayişə qatılanlar sözügedən ərazidən parlament binasına qədər yürüş keçiriblər.

AB dəstəkçisi olan təxminən 5 minə yaxın vətəndaş “48 faiz AB-ni istəyir”,  “Daha çox yalan, daha çox nifrət yox”, “Birlikdə daha güclüyük” kimi şüarlar səsləndiriblər.

Qaynarinfo.az