Xəbər lenti

Loqoped mərkəzində uşaqlara işgəncə verənlər saxlanıldı - Adları açıqlandı
Ölkə11:47 03.09.2022

Loqoped mərkəzində uşaqlara işgəncə verənlər saxlanıldı - Adları açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhəri, Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli  hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. 
İstintaq hərəkətləri davam etdirilir.