Xəbər lenti

Lotu Quli Bakıya deport edildi - Türkiyədən açıqlama
Ölkə12:10 04.01.2020

Lotu Quli Bakıya deport edildi - Türkiyədən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə hüquq-mühafizə orqanları azərbaycanlı qanuni oğru Nadir Səlifov (Lotu Quli) barəsində rəsmi açıqlama yayıb.
Qaynarinfo Unikal.org-a istinadla xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin İstanbul İdarəsi İstanbulda cinayət təşkilatının Azərbaycan əsilli iki liderinin saxlanılaraq ölkələrinə deport edildiyini açıqlayıb.
Onlardan biri "Lotu Quli" ləqəbli Nadir Salifov, digəri isə Anbar S. adlı şəxsdir. Hər iki şəxs cinayətkar aləmin avtoritetləri sayılır.