Xəbər lenti

“Lotu Quli”nin qardaşına ad verildi
Ölkə06:26 15.08.2013

“Lotu Quli”nin qardaşına ad verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

8 saylı cəzaşəkmə müəssisəsində saxlanılan “Lotu Quli” ləqəbli Nadir Səlifovun qardaşı Namiq Səlifova “qanuni oğru” adı verilib.

 AzNews.az-a daxil olan məlumata görə, Lotu Qulinin qardaşı bu günlərdə İspaniyada keçirilən “sxodka”da taclandırılıb. “Sxodka”da dünyanın bir sıra ölkələrindən, o cümlədən Rusiyadan gəlmiş ümumilikdə 140-a yaxın “qanuni oğru”nun iştirak etdiyi bildirilir. Bu miqyasına görə indiyə qədər keçirilən ən böyük “sxodka”lardan biri hesab edilir. 

Qeyd edək ki, bu ilin may ayında Moskvada keçirilən “sxodka”da Lotu Qulinin daha bir qardaşına oğru adı verildiyi barədə məlumat yayılmışdı. Ded Xasan tərəfdarlarının keçirdiyi “sxodka”da taclandırılan 11 nəfərdən biri də Lotu Qulinin qardaşı olsa da, onun adı açıqlanmayıb. 

Qaynar.info