
Qonşular poçt qutusunun məktublarla dolmasından şübhələniblər.
Frankfurtda qəribə hadisə baş verib.
Oxu.Az “Daily Mail” agentliyinə istinadən xəbər verir ki, bir qadın evində televizora baxarkən ölüb.
Qəribə ondadır ki, qadın öldükdən 6 sonra evində tapılıb. Evində ölmüş halda tapılan qadın divanda televizora baxarkən keçinib. Onun öldüyünü hiss etməyən qonşular 6 ay sonra nədənsə şübhələniblər və hüquq-mühafizə orqanlarına məlumat veriblər. Polis qadını divanda televizora baxan vəziyyətdə tapıb.
Məlum olub ki, təqaüdçü qadın 6 ay əvvəl keçinib. Qadının qarşısında televizor işlək vəziyyətdə olub. Yanında isə sentyabr ayının proqramı yazılmış jurnal olub. Evdə isə bütün işıqlar yanırmış.
Qonşular evin işıqlarının yanmasından və poçt qutusunun məktublarla dolmasından şübhələniblər.
Qadının isə ortalıqda görünməməsi şübhəni daha da artırıb.
Qaynar.info