Xəbər lenti

Ölü vətəndaşlar
Ölkə19:35 21.05.2013

Ölü vətəndaşlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şərif Ağayar

Son dövrlər dünyada baş verən sosial-siyasi vəmədəni hadisələrə fərqli münasibəti ilə seçilən böyük serb rejissoruƏmir Kusturitsa bu yaxınlarda ona ünvanlanan “sənətkar siyasətlə məşğulolmalıdırmı?” sualına çox qısa və dəqiq cavab verib: “Sənətkar siyasətləməşğul olmaya bilər, ancaq onun vətəndaş mövqeyi hökmən olmalıdır!”


O da danılmazdır ki, bu gün dünya geridə qalmış ölkələrin inkişaf modelini bu xətt üzrə müəyyənləşdirir: “Kütlədən vətəndaşa!”

BəsAzərbaycanda vəziyyət necədir? “Siyasətə qarışmayan”, öz sənətləri ilə“hər şeyin fövqündə dayanan” bir çox sənət adamları vətəndaş kimiboyunlarına düşən vəzifəni anlayırlarmı?

Paytaxtınmərkəzində yazıçı qətlə yetirilir, başqa bir yazıçı az qala linçedilir, jurnalist yazdığı yazıya görə həbsə atılır, əyalətdərüşvətxorluq, özbaşınalıq baş alıb gedir, ancaq tanınmış sənətadamlarından səs-səmir çıxmır. Onların əksəriyyəti düşünür ki, buhadisələrə münasibət bildirməklə siyasətə qarışmış olurlar!

Bizim ziyalı dediyimiz zümrə yalnız öz ayağı yananda “uf” deməyə öyrəşib!

Uzağagetməyək, qardaş Türkiyədə istənilən ictimai məzmunlu hadisəyə bir neçəpartiya və çoxsaylı elm və sənət adamı münasibət bildirir.Siyasətçilərdən fərqli olaraq elm və sənət adamlarının mövqeyi bir qaydaolaraq həqiqəti açıq şəkildə iafadə edir.

Bizdəheç kim üzvü olduğu ictimai təşkilatın tale yüklü bir məsələ ilə bağlıverdiyi bəyanatda onun da imzası olduğunu anlamaq istəmir. O başa düşmürki, əslində susmaqla deyilənləri və yazılanları təsdiq edir və əgər bubəyanatın içində qeyri-mütərəqqi nələrsə varsa, o da bir vətəndaş kimiməsuliyyət daşıyır.

“Mən qarışmıram” məntiqi əslində gedib Mirzə Ələkbər Sabirin “Mən salim olum...” fəlsəfəsinə dirənir.

İstənilən haqsızlıqla bağlı mətbuatda ictimai narazılıq olsa, vəziyyət tamamilə dəyişə bilər. Amma nerədə?

Mütləqəksəriyyəti yaltaqlardan ibarət olan elm və sənət dünyasında əsl ziyalıaxtarmaq qaranlıqda qara pişik sevdasına bənzəyir.  

Qorxaqların,yalançıların və yaltaqların əhatəsində həyat necə də zordur, əfəndilər.Hələ bir bu adamlar yaradıcılıq kimi müqəddəs bir sahəni başınagötürübsə!

Gedim bir siqaret yandırım...