
"Barselona"nın baş məşqçisi Luis Enrike mövsümün sonunda postunu tərk edəcəyini deməklə üzərindən ağır yük atıb.
Qaynar.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəsis Premyer Liqada işləmək ehtimalını istisna etməyib.
"Klubdan gedəcəyimi deyəndən sonra da həmin adamam. Sadəcə bir az özümü rahat hiss edirəm. Komandanın gələcək məşqçisi barədə fikir bildirmək istəmirəm. Müqaviləmin sonuna qalan 3 aydan həzz alıb, futbolçuları bacardığım kimi hazırlayacam. Gələcəkdə nə baş verəcəyini bilmirəm. Amma həyat yoldaşımın yaxın 2-3 ildə mənimlə həyatı asan keçməyəcək. Ola bilsin ki, əlverişli variant olsa, Britaniyanın buludlu havası ilə barışmalı oldu".
Qaynar.Az