
Bakıya yağan yağış paytaxt yollarında ciddi problemlər yaradıb. Bəzi yollarda sürücülər yoldakı kanalizasiya lukunun açıq olduğunu görməyərək luka düşür. Bu da yollarda hərəkətin dayanması ilə yanaşı sürücülərə ciddi zərər hesabına başa gəlir. Bəs bu zərərin məsuliyyətini kim daşıyır?
Məsələ ilə bağlı Qaynarinfo.Az-a danışan nəqliyyat məsələləri üzrə eksprt Ərşad Hüseynov bildirib ki, "Yol hərəkatı haqqında" qanuna əsasən yollarda hərəkətin düzgün təşkil edilməməsinə görə, həmin yol hərəkətini təşkil edən yol sahibi məsuliyyət daşıyır.

Ərşad Hüseynov qeyd edib ki, kanalzasiya luklarının ağzı bağlı olmalıdı:"Əgər luklar açıq olarsa və avtomobil ora düşüb zədələnərsə ilk növbədə yol polisinə məlumat vermək lazımdır. Yol polisi gəlib həmin hadisəni qeydə almalıdır. Avtomobilin zədələnməsi təsdiqlənməlidir. Bundan sonra yolun sahibindən vurulmuş ziyanı tələb etmək lazımdır. Lukun ağzı açıqdısa, kamnukasiyyada və yol örtüyündə problem varsa yol hansı qurumun balansındadısa məsuliyyəti o daşıyır".
Qaynarinfo.Az
Qafqaz Rafiqoğlu