Xəbər lenti

Lukaşenko Belarusla Rusiyanın birləşmə ehtimalından danışdı
Ölkə10:42 09.08.2021

Lukaşenko Belarusla Rusiyanın birləşmə ehtimalından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiyaya qoşulma ehtimalına münasibət bildirib. O, iqtisadi inteqrasiyanın onsuz da mümkün olduğunu deyib.
Qaynarinfo xəbər verir ki, Lukaşenko inteqrasiya haqqında fikirləri dinləyərkən "Rusiya prezidenti Vladimir Putinin "başı ilə düşünür" və daha bir baş ağrısına ehtiyac olmadığını anlayır", deyə bildirib.
"İnteqrasiya etmək, iqtisadiyyatı inkişaf etdirmək üçün kimisə öz tərkibinə daxil etməyə ehtiyac yoxdur", - Lukaşenko İstiqlal Sarayında keçirilən "Prezidentlə Böyük Söhbət" tədbirində deyib.
İyulun əvvəlində Lukaşenko 2030-cu ilə qədər Rusiya ilə müttəfiq bir dövlət çərçivəsində inteqrasiya strategiyası hazırlamağı təklif edib. 2021-ci ilin payızına qədər Belarus ilə Rusiyanın vahid iqtisadi məkan yaradacağı da bildirilib.
Alpər