Xəbər lenti

Ölüm hökmü bərpa edilsin" - Respublikanın baş psixoloqu
Ölkə11:45 14.02.2015

Ölüm hökmü bərpa edilsin" - Respublikanın baş psixoloqu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda ailə-məişət zəminində törədilən cinayətlərin sayında nisbi artım müşahidə olunur. Belə ki, son 5 ildə hər il orta hesabla bütün subyektlər üzrə 25-28 min cinayət qeydə alınıb. Bu hadisələrin 10 %-ə qədərini isə ağır cinayətlər təşkil edir. MDB və Şərqi Avropa ölkələri ilə müqayisədə respublikamızda ağır cinayətlərin bir növü kimi ailə-məişət zəminində baş verən cinayətlərin sayında xeyli artım müşahidə olunub.
Respublikanın baş psixoloqu, professor Nadir İsmayılov aktual.az-a məsələnin səbəblərini şərh edib. Onun sözlərinə görə, Azərbaycanda psixopatlaşma gedir: “Psixopatlaşma xasiyyətin eybəcərliyi deməkdir. Ölkəmizdə psixopatların sayı çoxalır. Cinayətlərin artması bir neçə amillərdən asılıdır. Onlardan biri də insanlarda sanki xasiyyət dəyişməsi ilə əlaqədardır. Xasiyyət dəyişməsi əgər norma çərçivəsinə düşmürsə, bu, anormallıq adlandırılır. Amma onun indi təzə adı şəxsiyyət pozuntusudur”.
N. İsmayılov deyib ki, mövcud durumda məişət zəmnində törədilən cinayətlərə bir səbəb də sovet dönəmində formalaşan dəyərlərə bugünkü gəncliyin dəyərləri arasındakı fərqdir: “Biz qəfildən, hazırlıqsız bir mühitdən başqa mühitə keçmişik.  Hazırda vəhşi kapitalizm mərhələsini yaşayırıq. Qanunlara riayət edən, bütün cəmiyyətin tələbatına cavab verən insanlar o qədər çox deyil. Ona görə də yavaş-yavaş cəmiyyət qanunlarına alışmalıdırlar. Hərə cibində bir bıçaq gəzdirir və bir də görürsən ki, adi bir mübahisə zamanı bıçaq işə salınır”.
Baş psixoloq bildirib ki, Azərbaycanda cinayətkarlara tətbiq olunan cəzalar həddindən artıq zəifdir. Belə ki, ABŞ kimi dünyanın ən inkişaf etmiş ölkəsinin bütün ştatlarında  ölüm cəzası götürülməyib: “Azərbaycanda isə ölüm cəzası ömürlük cəza ilə əvəzlənib. Bu, düzgün deyil. Ömürlük cəzanı Azərbaycan mühitində saya salmırlar. Cəza çəkənlərin çoxusu hesab edir ki, "ömürlük cəzadır da, yeyib-içib yatacam, sonra da aministiyaya düşəcəm". Amma ölüm cəzası elə bir qorxudur ki, onun qarşıında hamı titrəyir. Azərbaycanda bu gün ölüm cəzası tətbiq olunsa, cinayətlərin nəinki sayı azalacaq, hətta kökü kəsiləcək. Məişət cinayətləri bu gün davamlı hal alıb. Qardaş qardaşı öldürür. Oğul atanı, gəlin qaynanasını və s. 
Sözləri çəp gələn kimi öldürməyi düşünürlər. Təcili yardım gələnə kimi də vurulan şəxs qanaxmadan dünyasını dəyişir. Təcili yardım odur ki, 15 dəqiqəyə xəstənin yanında olmalıdır”.
Qaynar.info