
Dünyada xüsusi amnsızlıqla öldürmə, dövlətə xəyanət və.s ağır cinayətlərə müxtəlif formada ağır cəzalar verilir. Bir sıra dövlətlərdə bunu ölüm hökmü ilə cəzalandırırlar. Ağır cinayət halları olduqda bəzi dövlətlərdə, o cümlədən bizdə də ömürlük həbs ilə cəzalandırılır. Bundan başqa daha bir ağır cəza növü "Ömürlük+" mövcuddur.
"Ömürlük+" cəza növündə əlavə neçə il cəza kəsilirsə həmin müddət ərzində ölən məhbusun cəsədi yaxınlarına verilmir. Belə bir praktika indi də mövcuddur. Məsələn 2013-cü ildə ABŞ-da yaşayan Ariel Kastro adlı kişi ömürlük + 1000 il müddətinə azadlıqdan məhrum edilib. "53 yaşlı kişiyə bu qədər ağır cəza verilməsinin səbəbi isə 3 qadını qaçıraraq evində saxlaması və 10 il ərzində qadınları döyərək, zəncirlə ayaqlarını bağlayıb və cinsi istismara məruz qoymasıdır. Məhkəmə yaşlı kişiyə törətdiyi əməllərə görə ömürlük, üstəgəl 1000 il həb cəzası verib".

Bu cəza növü ilə bağlı Qaynarinfo.Az-a danışan hüquqşünas Fariz Namazlı bildirib ki, bizdə bizdə ağır və xüsusilə ağır cinayətlərə görə ömürlük həbs cəzası nəzərdə tutulub: "Bir şəxsə ömürlük cəza verilirsə, əlavə olaraq onun üzərinə hər hansı bir cəza gəlinmir. "Azadlıqdan məhrumetmə" əsas cəza hesab olunur. Əsas cəzadən başqa əlavə cəzada var. Məsələn, müəyyən müddətə nəqliyyat vasitəsinin idarəetmə hüququndan məhrum edilməsi, müəyyən müddətə vəzifə tutmaq səlahiyyətindən məhrum olunması və.s Əlavə cəza əsas cəzayla birlikdə verilə bilər".
Fariz Namazlı vurğulayıb ki, hansısa bir şəxs nəqliyyat hadisəsi törədirsə, onu sürücülük hüququndan 3 il məhrum olmaqla 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilir:"Ömürlük azdlıqdan məhrumetmə də əsas cəzadır. Ona alternativ müəyyən müddətin üzərinə gəlinməsi nəzərdə tutulmayıb. Ola bilsin ki, xarici ölkələrdə belə bir qanun olsun. Amma Azərbaycanda indiki halda nə belə bir praktika, nə də qanun yoxdur".

Mövzu ilə bağlı Qaynarinfo.Az-a danışan hüquqşünas Ələsgər Məmmədli bildirib ki, bizdə qanunvericilikdə belə bir şey yoxdur:"Cəza cəsədə deyil fərdə aiddir. Yəni həyatda olan insana aiddir. Cəzanın məqsədlərindən biri, insanları pis əməldən çəkindirməkdir. Öləni şəxsi isə hansısa əməldən çəkindirməyə ehtiyac qalmır. Dövlətin meyid üzərində hər hansı bir cəza tətbiq etmək hüququ yoxdur".
Ələsgər Məəmədli qeyd edib ki, bizdə sovet rejmində belə bir anormallıq vardı:" Cinayətin predmenti, yəni cinayətkarın cəzalandırılmasının məqsədi həmin əməllərdən çəkindirmək və islah etməkdir. Meyidin nəyini islah edəcəklər".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az