
Yasamalda tanışını öldürmək istəyən şəxsin cəzası dəyişdirilib.
Qaynar.info xəbər verir ki, Bakı Apellyasiya məhkəməsində Bərdə rayon sakini Natiq Tağıyevin CM-nin 29,120.2.2 ( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.
İttiham aktına əsasən, 2013-cü il noyabrın 21-də Yeni Yasamal ərazisində, M.Həsənov küçəsində Natiq Tağıyev aralarında yaranan mübahisə zamanı bıçaqla Beyləqan rayon sakini Tural Kərimova sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirib, sonra isə hadisə yerindən qaçıb. Yaralanan şəxs vaxtında Kliniki tibbi mərkəzə çatdırılıb və həkimlərin səyi nəticəndə onun həyatı xılas edilib.
Səhərisi gün şübhəli şəxs Yasamal RPİ 29-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, ilkin olaraq onun barəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə RPİ İstintaq şöbəsində başlayan cinayət işi istintaqın davam etdirilməsi üçün rayon prokurorluğuna verilib.
2014-cü ilin iyul aında Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə Natıq Tağıyev ittiham üzrə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasın. Hökmdən narazı qalan tərəflər Baki Apellyasiya məhkəməsinə apellyasiya şikayətlərini təqdim ediblər.
Bakı Apellyasiya məhkəməsi işi araşdıraraq qərara alıb ki, təqsirləndirilən şəxsin cəzası CM-nin 29,120.2.2- ci maddəsindən 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və N.Tağıyevin cəzası 9 ildən 4 il 6 aya endirilib.
Qaynar.info



