Xəbər lenti

Lüt velosipedçilərin paradı - FOTOLAR
Ölkə11:55 27.05.2015

Lüt velosipedçilərin paradı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Böyük Britaniyada lüt velosipedçilərin paradı olub. 

Anspress-in məlumatına görə, Böyük Britaniyanın Sautsi şəhərində onlarla çılpaq velosipedçi yola çıxmaqla, demək olar ki, bütün hərəkəti iflic edib. Onları görənlərin bu mənzərəyə münasibəti isə birmənalı olmayıb. Belə ki, çılpaq velosipedçiləri görənlərin bəziləri onlara təəccüblə, bəziləri isə nifrətlə baxıblar. 

Velosipedçilərin özləri isə bu əməllərinə haqq qazandıraraq bildiriblər ki, onlar bu yolla verlosipedçilərin təhlükəsizliyinə diqqət çəkmək istəyiblər. "Təsəvüvr edirsinizmi, bizim əynimizdə paltar olsaydı, necə olardı? Sürücülər bizi görməzdilər. Belə olanda isə biz dərhal nəzərə çarpırıq. Bizim çılpaq bədənlərimiz velosipedçinin yolda köməksizliyini simvolizə edir. Biz bu yolla həm də ətraf mühit üçün zərərli avtomobillərdən imtina etməyi də təbliğ edirik", - deyə hərəkatın britaniyalı nümayəndəsi Saymon Terri bildirib.

Onun sözlərinə görə, çılpaq velosipedçilərin növbəti veloturu iyunun 27-də ABŞ-ın Oreqon ştatında Portlend şəhərində keçiriləcək.

Qaynar.info