Xəbər lenti

Lütfi Zadənin dəfn proqramı: cənazə nə vaxt gətirilir?
Ölkə14:59 28.09.2017

Lütfi Zadənin dəfn proqramı: cənazə nə vaxt gətirilir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi bu gecə Bakıya gətiriləcək.

"Qaynarinfo" APA-ya istinadən xəbər verir ki, cənazə Heydər Məscidinə aparılacaq və cənazə namazı qılınacaq.

Alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) olacaq. Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.

Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq, Heydər Məscidində görkəmli alimin yas mərasimi də keçiriləcək.

Qeyd edək ki, dünya şöhrətli alimi sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.

Qaynarinfo.Az