Xəbər lenti

Lütfi Zadənin qəbirüstü abidəsi 6 aydır qoyulmur
Ölkə12:06 29.03.2018

Lütfi Zadənin qəbirüstü abidəsi 6 aydır qoyulmur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin dəfnindən 6 ay keçib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, məşhur alimin qəbirüstü abidəsi hələ qoyulmayıb.
Qeyd edək ki, Lütfi Zadə 1921-ci ilin fevralın 4-də Bakı şəhərində anadan olub. 96 yaşlı Lütfi Zadə 2017-ci ilin sentyabrın 6-da Kaliforniyada vəfat edib. O, vəfatından əvvəl Azərbaycanda dəfn edilməsi ilə bağlı vərəsə məktubu yazıb. Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, I Fəxri xiyabanda dəfn edilib.