Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi qoyulub.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, sentyabrın 6-da abidənin açılışı olacaq.
Abidəni heykəltəraş, akademik, Xalq rəssamı Ömər Eldarov hazırlayıb.
Heykəlin hazırlanmasında bürüncdən, tuncdan və qranitdən istifadə edilib.
Lütfi Zadə ömrünün çoxunu ABŞ-da yaşayıb və elə orada da dünyasını dəyişib. Öz vəsiyyəti əsasında nəşi Azərbaycana gətirilib və öz doğma ölkəsində torpağa tapşırılıb.
Qeyd edək ki, dünya şöhrətli alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, 1-ci Fəxri Xiyabanda dəfn edilib.