Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, "Şlyapa Zahid" kimi tanınan Zahid Niftəliyev bağlı hökmdən Ali Məhkəməyə prtoes verilib.
Qaynarinfo-nun məlumatına görə, İlqar Qılıcov iş üzrə hakim təyin edilib.
Zahid Nifətliyev Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüşdü. Zahid Niftəliyev həm də Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddələri ilə təqsirli bilinirdi.
Bu işin məhkəmə istintaqı Tərtər Hərbi Məhkəməsində aparılmılmışdı. Zahid Niftəliyev 10 min manat cərimə cəzası ilə azadlığa buraxılmışdı.
Məlumata görə, ittiham tərəfi hökmdən apellyasiya şikayəti versə də, təmin olunmayıb. Bu baxımdan, iş Ali Məhkəməyə qədər uzanıb.
Zahid Nifətliyev hazırda başqa bir işə görə həbsdədir. Ona qarşı 42 milyon manatdan çox zərərvurmaya dair ittiham irəli sürülüb.
İş materiallarına əsasən, Zahid Niftəliyev kredit almaq məqsədi ilə "Şahin-CO” MMC yaratmış, təsərrüfat və maliyyə vəziyyəti barədə "ATABank" ASC-yə saxta məlumatlar təqdim edib 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan "ATABank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Seyid
Şərhlər