Siyasət 17:58 14.09.2022

Lyudmila Marçenko: “Beynəlxalq ictimaiyyət sülh müqaviləsi bağlamaq üçün Ermənistana təzyiqi artırmalıdır”

"Ermənistan-Azərbaycan sərhədində növbəti hərbi eskalasiyanı dərin narahatlıq hissi ilə qəbul edirəm. Mən bu hadisəni Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına İrəvanın növbəti zərbəsi hesab edirəm”.

Bu barədə Media.Az-a Ukrayna Ali Radasının xalq deputatı Lyudmila Marçenko məlumat verib.

Onun sözlərinə görə, belə hadisələr Ermənistanın təcavüzkar siyasətinin qarşısını almaq və tezliklə Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün beynəlxalq ictimaiyyətdən ona təzyiqlərin artırılmasını tələb edir.

"Sülh sazişinin bağlanması üçün Azərbaycanın irəli sürdüyü beş prinsipi qəbul etməsi ilə bağlı bəyanatlara baxmayaraq, Ermənistan növbəti dəfə destruktiv mövqe nümayiş etdirib. Son eskalasiya zamanı 50 oğlunu itirən Azərbaycan xalqına başsağlığı verirəm”, - deyə deputat qeyd edib.