
Nəsimi rayonu ərazisindəki “Emporium” mağazasından ətir oğurlanıb.
Martın 2-də Nəsimi rayonu ərazisindəki “Emporium” mağazasının anbarından 12000 manat dəyərində ətir oğurlanıb.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qazax rayon sakini Vaqif Cəfərli, Bakı şəhər sakini İlkin Əsgərov və Göyçay rayon sakini Ruslan Mahmudlu tutulublar.
Qaynar.info