Xəbər lenti

Macarıstan Ruttenin NATO baş katibi olmasını istəmir, Türkiyə isə şərt qoyur
Dünya 14:32 28.05.2024

Macarıstan Ruttenin NATO baş katibi olmasını istəmir, Türkiyə isə şərt qoyur

Macarıstan hökuməti Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyini dəstəkləmir.

Qaynarinfo xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Peter Siyarto deyib.

Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, hökumət Ruttenin namizədliyini dəstəkləyə bilməz, çünki o, "bir qədər əvvəl Macarıstanın diz çökdürülməli olduğunu bəyan etmişdi”.

"Təsəvvür etmək çox çətindir ki, belə bir vəzifə tutan və onu qoruyan bir şəxs 100 faiz etimadın zəruri olduğu təşkilatın rəhbəri vəzifəsinə seçilə bilər... Biz burada bir-birimiz üçün ölməliyik, ona görə də ona 100 faiz etibar edə biləcəyimiz birisi tərəfindən rəhbərlik edilməlidir", - Siyarto deyib.

O qeyd edib ki, bu gün hamı NATO-nun şərq cinahının gücləndirilməsindən danışır, lakin "nədənsə heç kim bu haqda düşünmür ki, təhlükə şərqdən gəlirsə, bəlkə elə baş katib də  şərqdən olmalıdır”.

Macarıstanın xarici işlər naziri bunu nəzərə alaraq Rumıniya prezidenti Klaus İohannisin hazırda NATO baş katibi vəzifəsinə namizəd olmasını alqışlayıb.

Bundan əvvəl Türkiyə NATO-nun baş katibi postuna Hollandiyanın baş naziri Mark Ruttenin namizədliyini dəstəkləyəcəyi barədə NATO üzvlərini məlumatlandırıb.

Mövqeyi Ruttenin təyinatını hələ də şübhə altına alan ölkələr arasında Macarıstan, Slovakiya və Rumıniya var. Rumıniyadan bu vəzifəyə onun hazırkı prezidenti Klaus İohannis mübarizə aparır.

Bundan bir qədər əvvəl Türkiyə prezidenti daha əvvəl eyham vurub ki, o, Türkiyənin terrorla mübarizə məsələlərinə ciddi yanaşacağına (o burada kürd qruplaşması PKK ilə qarşıdurmaya istinad edib), həmçinin Türkiyənin digər NATO üzvləri ilə mübahisə (ilk növbədə Türkiyənin çətin münasibətləri olan Yunanıstanla) situasiyalarında "açıq fikirlə” hərəkət edəcəyinə söz verərsə, Rutteni dəstəkləməyə hazırdır. 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->