Xəbər lenti

Macarıstandakı dünya çempionatından 2 medalla qayıdırıq
İdman15:40 11.12.2016

Macarıstandakı dünya çempionatından 2 medalla qayıdırıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Macarıstanın paytaxtı Budapeştdə qeyri-olimpiya çəkilərində güləş üzrə dünya çempionatına yekun vurulub.

Qaynarinfo.Az xəbər verir ki, ilk gündə 2 bürünc medal qazanan yığmamız ikinci gün xalça üzərinə daha 3 güləşçi ilə çıxıb.

Qadınlar arasında 60 kq çəki dərəcəsində mübarizə aparan Tatyana Omelçenko 1/8 finalda yerli idmançı Emeşe Barka qarşısında darmadağınla uduzub – 0:10. Barka özü də 1/4 finalda məğlub olduğu üçün Omelçenko üçün yarış başa çatıb.

70 kq çəkidə yarışan Gitinaməhəmməd Məcidov təsnifat mərhələsində ABŞ-lı Ceyms Malkolm Qrinə məğlub olub – 2:12. Ancaq Məcidovun təsəlliverici ümidləri də çin olmayıb. Belə ki, Qrin növbəti mərhələdə uduzduğu üçün Məcidov da dayanıb.

Günün sonuncu – üçüncü güləşçisi Rafiq Hüseynov (80 kq) isə digərlərindən fərqli olaraq ilk görüşündə qalib gəlib. Ancaq Hüseynovun da sevinci çox çəkməyib. Belə ki, rusiyalı Ramazan Abaçarova uduzan (1:1) Rafiqin rəqibinin finala yüksəlməsi ilə medal yolu açılıb. Ancaq güləşçimiz bu fürsəti də əldən verib. Gürcü güləşçi Nikoloz Kelosov ilk təsəlliverici görüşdəcə idmançımızı yolundan kənarlaşdırıb – 1:2.

Qaynarinfo.Az