Xəbər lenti

Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
Ölkə23:47 21.08.2026

Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Magistraturada boş qalan plan yerlərinə ixtisas seçiminin növbəti həftə ərzində başlanması nəzərdə tutulur.

Qaynarinfo xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, magistraturaya qəbulun nəticələrindən sonra boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr” jurnalının 6-cı sayında dərc olunacaq.

"Jurnalın növbəti həftə ərzində nəşr edilməsi nəzərdə tutulur. Bundan sonra boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq", - deyə rəsmi məlumatda qeyd olunub.