Xəbər lenti

Magistr olmaq istəyənlərin sayı artıb
Ölkə10:59 24.02.2019

Magistr olmaq istəyənlərin sayı artıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən illə müqayisədə magistratura imtahanlarında iştirak etmək üçün sənəd verənlərin sayı 298 nəfər artıb.
Dövlət İmtahan Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, 2018-ci ildə magistratura imtahanlarının I mərhələsində iştirak etmək üçün 12.387 nəfər ərizəsini təsdiqləmişdisə, bu il üzrə göstərici 12.685 nəfər təşkil edib.
2019-cu ildə ərizə təqdim edənlərdən oğlanların sayında 187, qızların sayında 111 nəfər artım müşahidə olunur. 
Ümumilikdə isə hər iki il üzrə imtahanda iştirak etmək istəyənlərin arasında qızların sayı üstünlük təşkil edir.