Xəbər lenti

Magistraturanın 1-ci mərhələsində 619 min manat pul yığılıb
Ölkə14:09 25.02.2018

Magistraturanın 1-ci mərhələsində 619 min manat pul yığılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"DİM imtahanın birinci mərhələsindən 619,350 manat gəlir əldə edib".
Qaynarinfo-nun məlumatına görə, bu barədə təhsil eksperti Kamran Əsədov yazıb.
"Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib. İmtahanda iştirak üçün 12387 bakalavr ərizə təqdim edib. Bu o deməkdir ki, DİM imtahanın birinci mərhələsindən 619,350 manat gəlir əldə edib (Xidmət haqqı 1-ci mərhələ üçün 50 manatdır)".