Xəbər lenti

Magistraturaya sənəd verən bakalavrların sayı açıqlandı
Ölkə13:02 13.02.2021

Magistraturaya sənəd verən bakalavrların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir.
Qaynarinfo Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu gün saat 15:15-ə qədər 8337 bakalavrın sənədi təsdiq edilib, onlardan 7583-ü Azərbaycan, 754-ü isə rus bölməsindəndir.  
Qeyd edək ki, DİM fevralın 9-dan 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu elan edib. İmtahanda iştirak etmək istəyən bakalavrlar fevralın 18-i saat 23:59-dək sənəd verə bilərlər. 
Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.